Təhsil

Məktəb Haqqında: Məktəb 1978-ci ildə tikilib istifadəyə verilib. Birtiplidir. 1176 şagird yerlikdir. Dərslər 2 növbədə tədris edilir. 2012-ci ildə əsaslı təmir olunub. Hazırda məktəbdə 1050 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 67 nəfərlik pedaqoji heyyət məşğul olur. Bu il də məktəbdə 5 yaşlılardan ibarət 3 məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Təhsil ödənişsizdir.Həmin qruplarda dərsləri xüsusi təlimdən keçmiş müəllimlər aparır.

Fəxrimiz: Rzayev Elman Əvəz oğlu 1968-ci ildə may ayının 13-də Qaradağ rayonu Ələt qəsəbəsində  müəllim ailəsində anadan olub.

23.08.1993-cü ildə Füzuli bölgəsində və Horadizdə gedən döyüşlərdə iştirak etmişdir.

1994-cü il  26 yanvar  tarixində erməni faşistlərinin qurduğu tələyə  düşmüş və

həmin döyüşdə qəhrəmancasına şəhid  olmuşdur.

1995-ci ildən şəhidin adı 127 № -li tam orta məktəbə verilmişdir.

Şəhidin şəkli olan lövhə  məktəbin giriş qapısına asılmışdır.

Ələt qəsəbəsi 105 nömrəli tam orta məktəb

Haqqında

Bakı şəhəri Qaradağ rayonundakı 105 nömrəli tam orta məktəb 1965-ci ildən orta məktəb, 2010-cu ildən isə tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəb müxtəlif tədbirlərdə xüsusi nominasiyalara layiq görülüb. 2008-ci ildə məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Məktəbin pedaqoji kollektivi 25 nəfərdən ibarətdir. Pedaqoji kollektivin üzvlərindən bir neçəsi dəfələrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi,Qaradağ Rayonu İcra Hakimiyyəti,Həmkarlar Komitəsi tərəfindən gənc nəslin təlim – tərbiyəsində göstərdikləri xüsusi fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olunub. Hal-hazırda məktəbdə 267 şagird təhsil alır və ildən-ilə şagirdlərin sayı artır.Məktəbin şagirdləri idman yarışlarında, mədəni kütləvi tədbirlərdə fəxri fərmanlarla, tərifnamələrlə təltif olunublar. Hər il məktəbin 11-ci sinfindən məzun olan şagirdlərimizdən respublikamızın ali və orta ixtisas məktəblərinə qəbul olunanların sayı da ildən-ilə artan tendensiya üzrə davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 302 №li tam orta məktəbin binası 1966- cı ildə təməli qoyulmuşdur. 1967- ci ilin yanvarında da ümumtəhsil məktəbi kimi istifadəyə verilib. Məktəb 964 nəfər şagird üçün nəzərdə tutulub. Məktəb 2012-ci ilin yay dövründə əsaslı təmir olunmuşdur. Məktəbdə 2017-ci ilin əvvəlində 592 şagirdi təhsil alır. Hazırda məktəbdə müasir texnika ilə təchiz olunmuş fənn kabinetləri, sinif otaqları, zövqlə işlənilən akt zalı, kitabxana fəaliyyət göstərir. 34 sinif otağı, elektron lövhəsi vardır. 14 ədəd kompüter, 5 ədəd nootbuk,7 printer, 5 ədəd proyektor şagird və müəllimlərin istifadəsindədir. (012)544-16-49 nömrəsi ilə məktəblə əlaqə saxlamaq olar.Məktəbdə 49 müəllim və 23 texniki işçi fəaliyyət göstərir.2017/2018-ci dərs ilinin əvvəli olaraq məktəbdə 595 şagird təhsil alır.Təhsil müəssisəsi Pedaqoji Şuranın təsdiq etdiyi illik fəaliyyət planı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmr, sərəncam və tövsiyələri əsasında fəaliyyət göstərir. 302№li tam orta məktəbdə təlim – tərbiyə sahəsində işlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təhsil sahəsində imzaladığı fərmanlara uyğun olaraq qurulmuşdur. Belə ki, “Təhsil İslahatı ”, “Təhsil haqqında Qanun ”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərindən irəli gələn müddəaların həyata keçirilməsi sahəsində mərhələli işlər görülür. Qrafikə uyğun təsdiq edilmiş “ açıq dərs ”lər keçirilir və müzakirə olunur. Yeni pedaqoji texnologiyaların və innovasiyaların tədris prosesində tətbiqinə səy göstərilir. Məktəbin kitabxanasının 300-dən çox abunəçisi var. Bu da təhsil alan şagirdlərimiz üçün mütaliənin əsas olduğunu göstərir. Məktəb kitabxanasının yeni dərslik və ədəbiyyatla təminatı sahəsində iş davam və inkişaf etdirilir, dərsliklərin qorunub saxlanması, səmərəli istifadə olunması işinə nəzarət gücləndirilir, hər ay məktəbdaxili monitorinqlər aparılır. Məktəbdə psixoloji xidmət işinin təşkilinin özünəməxsus yeri var. Məktəbin Psixoloji Xidmət İşinin təşkili üçün ayrılmış kabinet var. Həmçinin istedadlı uşaqların müəyyən edilməsi , onlarla aparılan işin “ Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı ”na uyğun qurulmasına nail olunur.Yeniyetmələrin müstəqil həyata hazırlanması və digər məsələlər barədə psixoloji xidmət göstərilir. O cümlədən, AR Təhsil Nazirliyi tərəfindən təsis olunmuş, şagirdlərin elmi-texniki, tədqiqat işlərinin aparılması, potensiallı şagirdlərin üzə çıxarılmasını təşkil etmək üçün yaradılan “Kiçik Akademiya” layihəsi tətbiq olunaraq, bölmələr üzrə şagirdlər üçün fəaliyyət göstərməyə başlamışdır.Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yay dövründə keçirilən Sınaq Diaqnostik Qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda məktəbin müəllimləri iştirak etmiş və yüksək nəticə ilə Qaradağ rayonu üzrə məktəb 6-cı yerə çıxmışdır. 2015/2016-cı dərs ilində məzun olmuş şagirdlərdən 72% olmaqla ali təhsil ocaqlarına qəbul üzrə Qaradağ rayon üzrə 2-ci yer tutmuşdur.

Fexrimiz

Əhməd Əliseyran oğlu Zeynallı

Əhməd Əliseyran oğlu Zeynallı 15 oktyabr 1956-cı ildə Qaradağ rayon, Ələt qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. O, 1962-ci ildə həmin qəsəbənin 25№li dəmiryol orta məktəbinin birinci sinfinə daxil olmuş və 1972-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Məktəbdə təhsil aldığı dövrdə ictimai işlərdə fəallığı, səmimiliyi, sakit və təmkinli olması ilə həmyaşıdlarından fərqlənib. Məktəbi bitirib həmin ildə hərbi xidmətə yollanmışdır. Cəbhəyə könüllü surətdə, ailəsi, övladlarının olmasına baxmayaraq müharibənin bütün şərtlərini dərk edərək qoşulub. Cəbhəyə gedəndə Ələt Referejerator Vaqon Deposunda baş usta işləyirdi. Mayın 24-də Füzuli rayonun Dilağardı kəndinin yaxınlığındakı döyüşlərdə həlak olub. O, Hacıqabul rayonun Navai kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. Evli idi, Humay və Xətai Zeynallı adında iki övladı yadigar qalıb. O, Ələt qəsəbəsinin ilk şəhidi olub.